Baş səhifə
Xəbərlər
Akademiya
DGKA-nın əməkdaşları və tələbələri üçün gömrük sistemində tətbiq edilən yeniliklərlə bağlı təqdimatlar keçirilib

DGKA-nın əməkdaşları və tələbələri üçün gömrük sistemində tətbiq edilən yeniliklərlə bağlı təqdimatlar keçirilib

Dövlət Gömrük Komitəsinin Akademiyasında gömrük sistemində həyata keçirilən islahatlar və yeniliklər, vətəndaş, sahibkar məmnuniyyəti, şəffaflığın təmin edilməsi istiqamətində görülən işlərlə bağlı əməkdaşların və tələbələrin məlumatlandırılması məqsədilə təqdimatlar keçirilib.

Keçirilən görüşlər zamanı Akademiyanın əməkdaşı Əfqan Əliyev iştirakçılara “Gömrük İnkişaf Modeli”, “Smart-Bot” mobil tətbiqi, “Transxəzər Gömrük Tranzit Portalı”, “Avtomatlaşdırılmış Risk Analiz Sistemi (ARAS)”, “Səlahiyyətli İqtisadi Operator (SİO)” layihələri ilə bağlı ətraflı məlumat verib.

Sonda məmnunluq, şəffaflıq, rəqəmsallaşma sahəsində tətbiq edilən layihələrlə bağlı iştirakçıları maraqlandıran suallar ətraflı cavablandırılıb.