Baş səhifə
Xəbərlər
Akademiya
Gömrük Akademiyasının rəhbərliyi və əməkdaşları 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə şəhid ailələrini ziyarət ediblər

Gömrük Akademiyasının rəhbərliyi və əməkdaşları 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə şəhid ailələrini ziyarət ediblər

Dövlət Gömrük Komitəsinin Akademiyasının rəhbərliyi və əməkdaşları Vətən müharibəsində şəhid olan qəhrəman oğullarımız - Ağacavad Mütəllimzadənin, Ayaz Xəlilovun, Tahir Əliyevin, Mirəli Mirəliyevin, Aslan Rzayevin, Rəşad Novruzovun, Rəşad Babayevin, Elçin Mansurovun, Rəşad Quliyevin və I Qarabağ müharibəsi şəhidi Veysəl Qasımovun ailələrini ziyarət edib, 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə şəhid ailələrinin xanım üzvlərini təbrik ediblər.

Ləyaqətli övladlar böyütdüklərinə görə bütün xalqımızın şəhid analarına sonsuz minnətdar olduğunu vurğulayan Akademiya rəhbərliyi və əməkdaşları şəhidlərimizin heç zaman unudulmayacağını, qəlbimizdə əbədi yaşayacağını bildiriblər.

Bayramınız mübarək, əziz ŞƏHİD ANALARI!