Baş səhifə
Xəbərlər
Akademiya
Gömrük Akademiyasının dünyasını dəyişmiş əməkdaşlarının xatirələri yad edilib

Gömrük Akademiyasının dünyasını dəyişmiş əməkdaşlarının xatirələri yad edilib

Dövlət Gömrük Komitəsinin Akademiyasının əməkdaşları Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə Akademiyanın dünyasını dəyişmiş əməkdaşları gömrük xidməti polkovniki Şəmsəddin Abışovun və İsrafil İsmayılovun ailələrini ziyarət ediblər. Akademiyanın əməkdaşları ilk olaraq gömrük xidməti polkovniki Şəmsəddin Abışovun məzarını ziyarət edərək önünə gül dəstələri düzüb, ruhuna dualar oxuyub, əziz xatirəsini dərin ehtiramla yad ediblər.

Görüşlər zamanı əməkdaşlar iş yoldaşları ilə bağlı xatirələrini bölüşərək onların ailə üzvlərinin bayramlarını təbrik ediblər.

Qeyd edək ki, Dövlət Gömrük Komitəsinin Akademiyası tərəfindən Akademiyanın Təsərrüfat və texniki xidmət şöbəsinin əməkdaşı olmuş və 4 il öncə rəhmətə getmiş İsrafil İsmayılovun timsalında, aztəminatlı ailələr eləcə də şəhid ailələri hər zaman diqqətdə saxlanılmış, onların qayğıları dinlənilmiş və onlara mümkün olan maddi-mənəvi dəstək göstərilmişdir.