Baş səhifə
Xəbərlər
Akademiya
Gömrük Akademiyasının tələbəsi “Job Hunters - Karyera Quruculuğu” düşərgəsinin qalibi olub

Gömrük Akademiyasının tələbəsi “Job Hunters - Karyera Quruculuğu” düşərgəsinin qalibi olub

Gənclər və İdman Nazirliyi və Gənclər fondunun dəstəyi, Azərbaycan Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə keçirilən “Job Hunters - Karyera Quruculuğu” düşərgəsində Dövlət Gömrük Komitəsinin Akademiyasının Tələbə Gənclər Təşkilatının aktiv üzvləri iştirak edib. Düşərgə çərçivəsində 120 nəfər tələbə arasında keçirilən iş müsahibəsi simulyasiyasında Akademiyanın tələbəsi, TGT-nin sədr müavini Təvəkkül Hacıyev uğurla iştirak edərək qaliblər sırasına adını yazdırıb.

Qeyd edək ki, Göygöl rayonunda yerləşən Olimpiya İdman Kompleksində keçirilən düşərgənin məqsədi III və IV kurs tələbələrinin potensial işə qəbul mərhələsinə hazırlanması, onların ixtisasları istiqamətində mövcud təcrübə və iş proqramları ilə tanış edilməsi olub.

Düşərgə müddətində tələbələr üçün iş axtarış strategiyaları, müsahibə bacarıqları, müsahibə simulyasiyası, komanda quruculuğu, şəbəkələşmə oyunları, təlimlər, seminarlar, görüşlər, idman oyunları və digər fəaliyyətlər təşkil edilib.

Sonda tələbələrin fəaliyyətlərinin stimullaşdırılması istiqamətində müsahibə simulyasiyasının qaliblərinə hədiyyələr təqdim olunub.