Baş səhifə
Xəbərlər
Akademiya
Gömrük Akademiyasında “TGT nədir?” mövzusunda infosessiya keçirilib

Gömrük Akademiyasında “TGT nədir?” mövzusunda infosessiya keçirilib

Dövlət Gömrük Komitəsinin Akademiyasında (DGKA) Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) təşkilatçılığı ilə tələbələr üçün “TGT nədir?” mövzusunda infosessiya keçirilib.

ATGTİ-nin üzvlərlə iş üzrə meneceri Rüfət Rüstəmov və klublarla iş üzrə meneceri Aqil Quliyev təşkilatın fəaliyyəti, həyata keçirdiyi proqram və layihələri, klubları haqqında birinci kurs tələbələrinə geniş məlumat veriblər.

Sonra tələbələri maraqlandıran suallar cavablandırılıb.