Baş səhifə
Xəbərlər
Akademiya
Gömrük Akademiyasında “LEF Network Azerbaijan” ilə görüş keçirilib

Gömrük Akademiyasında “LEF Network Azerbaijan” ilə görüş keçirilib

Dövlət Gömrük Komitəsinin Akademiyasında Latviya Ticarət və Sənaye Palatasının Avropa İttifaqı layihə departamentinin rəhbəri xanım Liqa Siçeva və Palatanın nümayəndələri ilə görüş keçirilib.

Akademiyanın rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov qonaqları salamlayaraq onları rəhbərlik etdiyi ali təhsil müəssisəsində görməkdən məmnun olduğunu bildirib. Qulu Novruzov qonaqlara Akademiyanın fəaliyyət istiqamətləri barəsində məlumat verərək qarşılıqlı maraq doğuran sahələr üzrə birgə fəaliyyətin gələcək perspektivlərindən bəhs edib.

Gömrük Akademiyasında olmaqdan məmnunluğunu bildirən Liqa Siçeva Palatanın fəaliyyəti, tədqiqat mərkəzləri, universitetləri, həmçinin “LEF Network Azerbaijan” (Latviya, Estoniya, Finlandiya) layihəsi haqqında məlumat verərək müxtəlif istiqamətlər üzrə Akademiya ilə təcrübə mübadiləsinin aparılmasının, birgə layihələrin həyata keçirilməsinin mümkünlüyünü vurğulayıb.

Daha sonra görüşdə Akademiyanın fəaliyyəti, beynəlxalq əməkdaşlıq sahəsində nailiyyət və prioritetləri, xarici ali təhsil müəssisələri və gömrük təlimi strukturları, digər beynəlxalq qurumlarla əlaqələr və layihələr haqqında təqdimat nümayiş olunub.

Görüşdə qarşılıqlı maraq doğuran sahələr üzrə müzakirələr aparılıb.