Baş səhifə
Xəbərlər
Akademiya
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi və Gömrük Akademiyası tərəfindən Qırğız Respublikası Dövlət Gömrük Xidmətinin əməkdaşları üçün növbəti təlimlərə başlanılıb

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi və Gömrük Akademiyası tərəfindən Qırğız Respublikası Dövlət Gömrük Xidmətinin əməkdaşları üçün növbəti təlimlərə başlanılıb

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi və Gömrük Akademiyası tərəfindən Qırğız Respublikası Maliyyə Nazirliyi yanında Dövlət Gömrük Xidmətinin əməkdaşları üçün hər iki ölkənin gömrük xidmətləri arasında imzalanmış “Kadrların peşəkar hazırlığı və ixtisasının artırılması sahəsində əməkdaşlıq haqqında” Protokola əsasən “Rəhbər heyət üçün” və "İT mütəxəssisləri üçün" təlimlərə başlanılıb.

Təlim müddəti ərzində DGK-nın və Akademiyanın müvafiq əməkdaşları tərəfindən "Liderlik və heyətlə iş birliyi", "Vaxtın idarə edilməsi", "İnsan resurslarının idarə edilməsi", "Ünsiyyət və davranış bacarıqları", o cümlədən "Gömrük işinin keyfiyyətinin artırılması məqsədilə tətbiq edilən informasiya-kommunikasiya texnologiyaları" kimi mövzular üzrə iştirakçılara geniş məlumat veriləcəkdir.

Qeyd edək ki, Qırğız Respublikası Maliyyə Nazirliyi yanında Dövlət Gömrük Xidmətinin əməkdaşları üçün bu təlimlərin cari ilin 02 oktyabr tarixindən 06 oktyabr tarixinədək onlayn formatda keçirilməsi planlaşdırılır.