Baş səhifə
Xəbərlər
Akademiya
Gömrük Akademiyasının əməkdaşı beynəlxalq konfransda iştirak edib

Gömrük Akademiyasının əməkdaşı beynəlxalq konfransda iştirak edib

Özbəkistan Respublikasının İqtisadiyyat və Maliyyə Nazirliyi yanında Dövlət Gömrük Komitəsinin və Komitənin Gömrük İnstitutunun təşkilatçılığı ilə "Müasir gömrük: gələcək üçün inkişaf tendensiyaları, perspektivlər və proqnozlar" mövzusunda beynəlxalq konfrans keçirilib.

Onlayn formatda təşkil olunan konfransda digər iştirakçılarla yanaşı Akademiyanın Əlavə təhsil şöbəsinin mütəxəssisi Leyla Nəcəfova da iştirak edib.

Tədbirdə Leyla Nəcəfova "Kontrafakt məhsullara qarşı mübarizədə Azərbaycan Respublikasının qanunvericiliyinin təkmilləşdirilməsinə dair" mövzusunda məruzə ilə çıxış edib.

Tədbirin davamında mövzular ətrafında geniş fikir mübadiləsi aparılıb. İnteraktiv müzakirələrin sonunda məruzəçilər tərəfindən konfrans iştirakçılarının sualları ətraflı cavablandırılıb və iştirakçılara sertifikatlar təqdim olunub.