Baş səhifə
Xəbərlər
Akademiya
Gömrük Akademiyasının Tələbə Gənclər Təşkilatının sədri təltif olunub

Gömrük Akademiyasının Tələbə Gənclər Təşkilatının sədri təltif olunub

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikasının Gənclər Fondunun və Ağ Şəhər Bazar Meydanının dəstəyi ilə Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı tərəfindən "ConGRADS! 2023" məzun şənliyi təşkil olunub. 3500-dən çox tələbənin qatıldığı tədbirdə Akademiyanın cari ilin məzunları da iştirak ediblər.

Tədbirdə ilin məzun TGT sədrlərinin mükafatlandırılması keçirilib. Dövlət Gömrük Komitəsinin Akademiyasının Tələbə Gənclər Təşkilatının (TGT) sədri Fizzə İsmayılova da Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı tərəfindən “Fəxri məzun” adına layiq görülüb.

Qeyd edək ki, 2022-ci il ərzində aktiv fəaliyyəti və ölkənin ictimai həyatına verdiyi töhfəyə görə Dövlət Gömrük Komitəsinin Akademiyasının Tələbə Gənclər Təşkilatı "İlin Tələbə Gənclər Təşkilatı" adına layiq görülmüşdür.