Xəbərlər

Bütün xəbərlər

Qalib tələbələrlə görüş keçirilib
Dövlət Gömrük Komitəsinin Akademiyasında (DGKA) müxtəlif respublika və beynəlxalq müsabiqələrdə uğur qazanan tələbələrlə görüş keçirilib. Xəbər verdiyimiz kimi, DGKA tələbələri son aylarda hüquq və dil bilikləri üzrə keçirilən nüfuzlu yarışlarda mühüm nailiyyətlər əldə ediblər. Belə ki, Akademiyanın komandası Azərbaycanda hüquq təhsili verən ali təhsil müəssisələrinin tələbələri arasında keçirilən 2026 Topçubaşov Məhkəmə Müsabiqəsinin qalibi olub. Bununla yanaşı, tələbələrimiz hüquq təhsili verən ali təhsil müəssisələri arasında təşkil olunan bilik yarışında və III Respublika Hüquq Olimpiadasında yüksək nəticə göstərərək II yerə layiq görülüblər. Eyni zamanda Akademiyanın digər bir tələbəsi isə Beynəlxalq Gumilyov onlayn İngilis Dili Olimpiadasında 270 iştirakçı arasında II yerə sahib olub. Görüşdə çıxış edən Akademiyanın rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov tələbələri əldə etdikləri uğurlar münasibətilə təbrik edərək onların Akademiyanın adını layiqincə təmsil etdiklərini bildirib. Q. Novruzov tələbələrin bilik və bacarıqlarının, eləcə də yarışlarda nümayiş etdirdikləri əzmkarlığın yüksək qiymətləndirildiyini vurğulayıb. O, DGKA tələbələrinin gələcəkdə də müxtəlif müsabiqələrdə uğurlu nəticələr əldə edərək ölkəmizin hüquq və təhsil sahəsinin inkişafına töhfə verəcəklərinə əminliyini ifadə edib. Daha sonra müsabiqələrdə fərqlənən tələbələrə sertifikatlar və hədiyyələr təqdim olunub.

15.05.2026

Tələbələrimiz mühasibat uçotu üzrə sertifikatlara layiq görülüblər
Dövlət Gömrük Komitəsinin Akademiyasının (DGKA) İqtisadiyyat ixtisası üzrə təhsil alan II kursun bir qrup tələbəsi mühasibat uçotu sahəsində keçirilən imtahanda uğurlu nəticələr əldə edərək sertifikatlara layiq görülüb. Belə ki, Akademiyanın 9 tələbəsi mühasibat uçotu üzrə mütəxəssislərin hazırlanması sahəsində uzunmüddətli təcrübəyə malik İqtisadi Araşdırmalar və Tədris Mərkəzi (İAHM) tərəfindən milli qanunvericilik üzrə təşkil olunan Maliyyə uçotu imtahanında yüksək nəticə göstərərək sertifikata layiq görülüb. Sertifikat əldə edən tələbələrdən 4 nəfəri isə imtahanda ən yüksək nəticə göstərərək “Vergi və maliyyə uçotu (fərqlənmə)” sertifikatına layiq görülüb. Bu münasibətlə Dövlət Gömrük Komitəsinin Akademiyasında sertifikat əldə edən sözügedən tələbələrlə görüş təşkil olunub. Görüşdə çıxış edən Akademiyanın rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov tələbələri əldə etdikləri uğurlu nəticələr münasibətilə təbrik edib, onların qazandıqları nailiyyətlərin həm Akademiyanın tədris keyfiyyətinin, həm də tələbələrin bilik və hazırlıq səviyyəsinin göstəricisi olduğunu vurğulayıb. O, tələbələrə gələcək təhsil və peşə fəaliyyətlərində uğurlar arzulayıb. Qeyd edək ki, İAHM tərəfindən təşkil olunan imtahan ödənişli əsaslarla keçirilir. Akademiyada mühasibat uçotu və audit fənnini tədris edən müəllim Nuran Süleymanovanın semestr ərzində tələbələrə qanunvericilik və nəzəri bilikləri praktik yanaşma ilə tədris etməsi onların birbaşa imtahanda iştirak edərək uğurlu nəticə əldə etməsində mühüm rol oynayıb. Tələbələrimizi təbrik edir və uğurlar arzulayırıq!

14.05.2026

Əməkdaşlıq

Elm öyrənmək heç vaxt gec deyil.

İbn Sina

Növbəti tədbirlər

  • 22 May - 23 May

    Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilmiş Gənc tədqiqatçıların X beynəlxalq elmi konfransı

Sözlük

Kvota -- Müəyyən dövlətlərə və ya dövlətlər qrupuna idxal və ya ixrac olunan mallara dəyər və kəmiyyət hədlərinin tətbiq edilməsi.