Baş səhifə
Elanlar
Dövlət Gömrük Komitəsinin Akademiyasına (DGKA) qəbul olunmuş abituriyentlərin nəzərinə!

Dövlət Gömrük Komitəsinin Akademiyasına (DGKA) qəbul olunmuş abituriyentlərin nəzərinə!

28.08.2026 14:51
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyasına qəbul olunmuş abituriyentlərin qeydiyyatı onlayn qaydada həyata keçiriləcəkdir.
Tələbə adını qazanmış şəxslər 2026-cı il avqustun 28-dən 8 sentyabr saat 18:00-dək my.gov.az platformasında qeydiyyatdan keçməlidirlər. Portaldakı şəxsi kabinetə daxil olduqdan sonra “Xidmətlər” bölməsinin “Qurumlar” kateqoriyasından Elm və Təhsil Nazirliyini seçməli və burada təqdim olunan “Ali və orta ixtisas təhsil müəssisələrinə təhsilalanların qeydiyyatı” xidmətinə keçid etməlidirlər.
Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və DİM tərəfindən onun qəbul haqqında əmri ali məktəbə göndərilməyəcəkdir!
Qeydiyyatdan sonra abituriyentlər Akademiyaya dəvət olunduqları vaxt aşağıdakı sənədləri təqdim etməlidirlər:
✅Şəxsiyyət vəsiqəsinin əsli və surəti;
✅ 3x4 ölçüdə 4 ədəd fotoşəkil (ağ fonda);
✅ İlkin hərbi qeydiyyata alınma haqqında vəsiqənin və ya hərbi biletin əsli və surəti (oğlanlar üçün);
✅ Təhsil haqqının ödəniş qəbzi (yalnız ödənişli əsaslarla qəbul olanlar üçün);
✅ Sağlamlıq haqqında arayış (forma 86);
✅ Tərcümeyi hal (Akademiyada təqdim olunan blankda doldurulacaq).
Qeyd: Təhsil haqqı ödənişindən azad olunan xüsusi statuslu (məcburi köçkün, şəhid ailəsinin üzvü və s.) abituriyentlər göstərilən sənədlərdən başqa, statusu ilə bağlı əlavə sənədlərin notarial qaydada təsdiq olunmuş surətlərini Akademiyaya təqdim etməlidirlər.
Əlaqə üçün:
E-poçt: tedris@ascca.edu.az
Telefon: (012) 404-12-00 (dax. 3306)