Baş səhifə
Elanlar
Dövlət Gömrük Komitəsinin Akademiyası təkrar ali təhsil almaq istəyən şəxslər üçün bakalavriat səviyyəsi üzrə sənəd qəbulu elan edir!
Dövlət Gömrük Komitəsinin Akademiyası təkrar ali təhsil almaq istəyən şəxslər üçün bakalavriat səviyyəsi üzrə sənəd qəbulu elan edir!
09.07.2026 10:06
Dövlət Gömrük Komitəsinin Akademiyası 2026/2027-ci tədris ilində təkrar ali təhsil almaq istəyən şəxslər üçün aşağıdakı ixtisaslar üzrə sənəd qəbulu elan edir:
| Sıra №-si | İxtisasın (proqramın) şifri | İxtisasın (proqramın) adı |
| 1. | 6002007 | Hüquqşünaslıq (yalnız gömrük əməkdaşları üçün) |
| 2. | 6004001 | Beynəlxalq ticarət və logistika |
- Akademiyada təkrar ali təhsil yalnız ödənişli əsaslarla qiyabi formada həyata keçirilir;
- Təkrar ali təhsil üçün müraciət etmiş şəxslərin müvafiq ixtisaslara qəbulu Akademiya tərəfindən müəyyən edilmiş qaydada müsabiqə yolu ilə aparılır;
- Müsabiqədən uğurla keçənlər müqavilə yolu ilə müvafiq təkrar ali təhsil ixtisası üzrə tələbələr sırasına qəbul edilirlər.
Sənəd qəbulu cari ilin avqust ayının 25-dək aparılacaqdır.
Sənədlərin qəbulu elektron qaydada https://portal.edu.az/ portalı vasitəsilə həyata keçirilir. Təkrar ali təhsil almaq üçün müraciət edəcək şəxslər öncə portal.edu.az səhifəsində qeydiyyatdan keçməlidirlər. Qeydiyyatla bağlı əlavə məlumatı buradan ala bilərsiniz. (Portalda qeydiyyatı olan şəxslərin yenidən qeydiyyatdan keçmələrinə ehtiyac yoxdur.) Portal vasitəsilə müraciətin cari statusunun izləmək, prosesin mərhələlərinə dair məlumatlar əldə etmək, eləcə də təhsil haqqını ödəmək mümkündür.
İlkin mərhələdə portala aşağıdakı sənədlər yüklənilməlidir:
· Ali təhsil haqqında sənədin (diplomun) və diploma əlavənin notarial qaydada təsdiqlənmiş surəti;
· 3×4 sm ölçüdə fotoşəkil;
· İş vəsiqəsinin surəti (gömrük əməkdaşları üçün)
· İş yerindən xasiyyətnamə (gömrük əməkdaşları üçün).
Qeyd: Xarici ali təhsil müəssisələrinin məzunları aldıqları ixtisasların Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyi barədə Elm və Təhsil Nazirliyi tərəfindən verilmiş Şəhadətnamə təqdim etməlidirlər.
Əlaqə məlumatları:
Telefon: (994 12) 404 12 00 (daxili nömrə: 3306; 3338)
E-poçt: elave.tehsil@ascca.edu.az