Baş səhifə
Xəbərlər
Akademiya
DGKA-nın kollektivi şəhid ailələrini ziyarət edib

DGKA-nın kollektivi şəhid ailələrini ziyarət edib

Dövlət Gömrük Komitəsinin Akademiyasının (DGKA) kollektivi 8 Noyabr – Zəfər Günü münasibətilə şəhid ailələrini ziyarət ediblər. Akademiyanın rəhbərliyi və əməkdaşları 44 günlük Vətən müharibəsi şəhidləri- polkovnik Rəşad Quliyev, Vətən müharibəsi qəhrəmanı, mayor Elçin Mansurov, Tural Əsgərli, Həsənağa Abdullazadə, Elnur Qədirli, Bəhruz Əliyev, Tahir Əliyev, Raul Piriyev və Əliağa Məmmədovun ailələri ilə görüşərək onların bayramını təbrik ediblər.
Görüşlərdə şəhidlərin xatirəsinin daim uca tutulacağı, şəhid ailələrinə göstərilən diqqət və qayğının davam etdiriləcəyi, Zəfərimizin isə gələcək nəsillər üçün örnək olacağı vurğulanıb.
Cənnətdəki bayramınız mübarək, qəhrəman şəhidlərimiz!