Baş səhifə
Xəbərlər
Akademiya
DGKA-nın rəis müavini və tələbələri FHN Akademiyasında keçirilən konfransda iştirak ediblər

DGKA-nın rəis müavini və tələbələri FHN Akademiyasında keçirilən konfransda iştirak ediblər

Dövlət Gömrük Komitəsinin Akademiyasının (DGKA) rəis müavini prof. Cəmilə Namazova və Akademiyanın tələbələri Fövqəladə Hallar Nazirliyinin Akademiyasında keçirilən “Xalq və onun liderinin möhtəşəm zəfəri” mövzusunda elmi konfransda iştirak ediblər.
Tədbirdə Fövqəladə Hallar Nazirliyinin Akademiyasının rəisi, general-mayor Baba Salayev giriş sözü ilə çıxış edib.
Konfrans çərçivəsində digər məruzəçilərlə yanaşı prof. Cəmilə Namazova da “Güclü xalq, məsuliyyətli lider və davamlı inkişaf” mövzusunda çıxış edərək milli həmrəyliyin, dövlət və xalq münasibətlərinin, eləcə də ölkənin uzunmüddətli inkişaf perspektivlərinin qarşılıqlı əlaqəsinə diqqət çəkib.
Tədbirin sonunda iştirakçılara sertifikatlar təqdim edilib.