Baş səhifə
Xəbərlər
Akademiya
Beynəlxalq marketinq üzrə master-klas keçirilib

Beynəlxalq marketinq üzrə master-klas keçirilib

Dövlət Gömrük Komitəsinin Akademiyasında (DGKA) “Baku Electronics” MMC-nin Marketinq departamentinin müdiri, IV “Yüksəliş” müsabiqəsinin qalibi, layihələrin idarə edilməsi üzrə beynəlxalq sertifikatlara sahib olan Aslan Həsənlinin təqdimatında “Qlobal brend, lokal müştəri” mövzusunda master-klas keçirilib.
Tədbiri giriş sözü ilə açan “Gömrük işi və idarəetmə” kafedrasının müdiri, i.ü.f.d., dosent Elvin Əlirzayev beynəlxalq marketinqin satışların artırılmasındakı əhəmiyyətindən danışaraq məruzəçini tələbələrə təqdim edib.
Master-klasda ölkədə icra olunan marketinq layihələri, pərakəndə satış üzrə əsas istiqamətlər və bayram ərəfəsindəki uğurlu kampaniyalar barədə məlumat verilib. Həmçinin beynəlxalq layihələrin lokallaşdırılması və milli dəyərlərə uyğunlaşdırılmasının satışlara təsiri müzakirə olunub.
İnteraktiv formatda davam edən görüşdə “Beynəlxalq marketinq” fənni üzrə müəllim, i.ü.f.d. Bəhman Hüseynli də mövzu ilə bağlı öz fikirlərini bölüşüb.