Beynəlxalq humanitar hüquq üzrə master-klas keçirilib
Dövlət Gömrük Komitəsinin Akademiyasında (DGKA) Hüquq və İnsan Haqları İnstitutunun İdarə Heyəti sədrinin müavini Vəfaddin İbayevin təqdimatında “Beynəlxalq humanitar hüquq normalarının tətbiqi üzrə məhkəmə təcrübəsi” mövzusunda master-klas keçirilib.
Master-klasda tələbələrə Azərbaycan Respublikasının Ali Məhkəməsi və Konstitusiya Məhkəməsinin fəaliyyəti, məhkəmə sistemi, kassasiya icraatı, gömrük sahəsində məhkəmə təcrübəsi, eləcə də beynəlxalq məhkəmələrin təcrübəsi barədə məlumat verilib. Həmçinin 44 günlük Vətən müharibəsi zamanı Ermənistan tərəfindən beynəlxalq humanitar hüquq normalarının pozulması və bu halların beynəlxalq hüquqi müstəvidə qiymətləndirilməsi məsələləri müzakirə olunub.
Görüş interaktiv formatda davam edib, tələbələrin sualları cavablandırılıb və mövzu ətrafında fikir mübadiləsi aparılıb.






