Baş səhifə
Xəbərlər
Akademiya
DGKA rəhbərliyi Zəfər Günü ilə bağlı konfranslarda iştirak edib

DGKA rəhbərliyi Zəfər Günü ilə bağlı konfranslarda iştirak edib

Dövlət Gömrük Komitəsinin Akademiyasının (DGKA) rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov 8 Noyabr - Zəfər Günü ilə bağlı Milli Müdafiə Universitetində (MMU), Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət Mərkəzində və Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Hərbi İnstitutunda keçirilən konfranslarda iştirak edib.
Milli Müdafiə Universitetində (MMU) keçirilən konfrans çərçivəsində “Müdafiə və milli təhlükəsizliyin aktual problemləri” mövzusunda panel müzakirələrdə iştirak edən Akademiyanın rəisi Qulu Novruzov müdafiə və milli təhlükəsizlik sahəsində müasir çağırışların nəzərə alınmasının, innovativ yanaşmaların tətbiqinin və yüksəkixtisaslı kadr hazırlığının əhəmiyyətini vurğulayıb.
Konfranslarda Vətən müharibəsinin hərbi-siyasi nəticələri, müharibədən sonrakı dövrdə təhlükəsizlik sisteminin təkmilləşdirilməsi, milli birliyin və həmrəyliyin möhkəmləndirilməsi məsələlərinə toxunulub.