“Təhlükəli yüklərin beynəlxalq daşınmasında yeniliklər” mövzusunda ustad dərsi
15.04.2026 17:51Dövlət Gömrük Komitəsinin Akademiyasında (DGKA) beynəlxalq təcrübənin öyrənilməsi istiqamətində növbəti tədbir təşkil olunur. Türkiyəli ekspert, Avropa Komissiyasının üzvü Murad Özçelikin təqdimatında keçiriləcək seminarda iştirak etməyə dəvətlisiniz.
• Təhlükəli yüklərin qruplaşdırılması və konteyner növləri;
• Nəqliyyat növləri (hava, dəniz, dəmiryolu, avtomobil) üzrə daşıma xüsusiyyətləri;
• ADR (Avropa Sazişi) tələbləri və sənədləşmə qaydaları;
• Türkiyə qanunvericiliyi və beynəlxalq təcrübə.
Tədbirdə müvafiq idarələrdən maraqlanan gömrük əməkdaşları iştirak edə bilərlər.
İştirak etmək istəyən əməkdaşların aşağıdakı keçid vasitəsilə qeydiyyatdan keçmələri xahiş olunur: