DGKA əməkdaşı beynəlxalq konfransda çıxış edib
Rusiya Federasiyası Prezident yanında Xalq Təsərrüfatı və Dövlət İdarəçilik Akademiyasının filialı olan Şimal-Qərb Dövlət İdarəetmə İnstitutunda (RANEPA) “Qorçakov Qiraətləri” adlı 8-ci beynəlxalq elmi-praktik konfrans keçirilib.
Dövlət Gömrük Komitəsinin Akademiyasının (DGKA) “Gömrük işi və idarəetmə” kafedrasının müdiri, i.ü.f.d., dosent Elvin Əlirzayev Rusiya Federasiyasının Prezident Akademiyasının təşkilatçılığı ilə keçirilən konfransa onlayn qoşularaq “Azərbaycanda gömrük inzibatçılığının modernləşdirilməsi: Gömrük Məcəlləsinə 2026-cı ildə edilmiş dəyişikliklərin təhlili” mövzusunda rus dilində məruzə ilə çıxış edib.
Sonda müəllim və tələbələrin Gömrük Məcəlləsinə edilmiş dəyişikliklər, Səlahiyyətli İqtisadi Operator institutu və gömrük nəzarətində risklərin idarə edilməsi ilə bağlı sualları məruzəçi tərəfindən ətraflı cavablandırılıb.


