Baş səhifə
Xəbərlər
Akademiya
DGKA-da “Məzun uğuru” layihəsinə başlanıldı

DGKA-da “Məzun uğuru” layihəsinə başlanıldı

Dövlət Gömrük Komitəsinin Akademiyasında (DGKA) "Gömrük işi və idarəetmə" kafedrasının təşkilatçılığı “Məzun uğuru” layihəsinə start verilib. Layihə çərçivəsində tələbələr müxtəlif sahələrdə uğur qazanan məzunlarla görüşəcəklər.
Layihənin ilk qonağı Akademiyanın “Beynəlxalq ticarət və logistika” ixtisasının 2024-cü il məzunu Cəlal Abasov olub. O, tələbələrə "İngiltərədə təhsil: elm və inkişaf" mövzusunda master-klas keçib.
Qeyd edək ki, Cəlal Abasov Dünya Universitetlər Reytinqinin TOP-10-da yer London Universitet Kollecində (University College London - UCL) “Nəqliyyat və daşımalar sistemi” ixtisası üzrə magistratura pilləsini fərqlənmə diplomu ilə bitirib. Hazırda o, Dövlət Proqramı çərçivəsində həmin universitetin Nəqliyyat Araşdırmaları Mərkəzində “Dayanıqlı nəqliyyat siyasəti” üzrə doktorantura təhsilini davam etdirir.
İnteraktiv formatda keçən təlimdə C.Abasov akademik fəaliyyətin effektiv təşkili, dərsdənkənar elmi layihələrin rolu və xarici dil biliklərinin inkişafı barədə təcrübəsini bölüşüb. Həmçinin xaricdə təhsil imkanları, təqaüd proqramları, ölkə və ixtisas seçimi meyarları ətrafında geniş çıxış edərək, Böyük Britaniya təhsil sistemini Avropa təcrübəsi ilə müqayisəli müstəvidə təhlil edib və tələbələrin suallarını cavablandırıb.