Baş səhifə
Xəbərlər
Akademiya
Yeni tədris ilinə hazırlıqla bağlı müəllimlərlə görüş keçirilib

Yeni tədris ilinə hazırlıqla bağlı müəllimlərlə görüş keçirilib

Dövlət Gömrük Komitəsinin Akademiyasında (DGKA) 2026/2027-ci tədris ilinin payız semestrində tədrisə cəlb olunan pedaqoji heyətlə Akademiya rəhbərliyinin görüşü keçirilib.
Akademiyanın rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov çıxışında innovativ texnologiyalarla təşkil olunan tədris prosesinin prioritetlərindən bəhs edərək qarşıda duran vəzifələrin uğurla icra ediləcəyinə əminliyini bildirib və pedaqoji heyətə yeni tədris ilində müvəffəqiyyətlər arzulayıb.
Daha sonra müvafiq struktur bölmələrin əməkdaşları tədrisin təşkili, dərslərin keyfiyyətinin artırılması və qiymətləndirmə mexanizmləri barədə məlumat veriblər.
Görüşün sonunda müəllimlərin rəy və təklifləri dinlənilib, sualları ətraflı cavablandırılıb.