DGKA-da İT şirkətləri ilə əməkdaşlıq imkanları müzakirə olunub
Dövlət Gömrük Komitəsinin Akademiyasında (DGKA) İT və kibertəhlükəsizlik sahəsində fəaliyyət göstərən “Matrix Academy” və “Millisec” şirkətlərinin nümayəndələri ilə görüşlər keçirilib.
Görüşlər zamanı Akademiya ilə şirkətlər arasında əməkdaşlıq imkanları, tələbələr üçün İT və kibertəhlükəsizlik üzrə təlim və masterklassların təşkili, eləcə də praktiki bacarıqların inkişaf etdirilməsi məsələləri müzakirə olunub.
Qeyd edək ki, “Matrix Academy” müasir informasiya texnologiyaları, proqramlaşdırma və rəqəmsal bacarıqlar üzrə praktiki yönümlü təlimlər həyata keçirən tədris mərkəzidir. “Millisec” isə kibertəhlükəsizlik, etik hakerlik, nüfuzetmə testləri və informasiya təhlükəsizliyi üzrə ixtisaslaşmış şirkətdir.

