Baş səhifə
Xəbərlər
Akademiya
DGKA məzunları Dövlət Proqramının qalibi olublar

DGKA məzunları Dövlət Proqramının qalibi olublar

Dövlət Gömrük Komitəsinin Akademiyasının (DGKA) "Beynəlxalq ticarət və logistika" ixtisasının cari il məzunları Məhəmmədəli Əlizadə və Elman Ağayev Xaricdə Təhsil üzrə Dövlət Proqramının qalibi olublar.
Proqram çərçivəsində hər iki məzunumuz təhsillərini Böyük Britaniyada yerləşən dünyanın nüfüzlu ali təhsil müəssisələrindən biri olan London İmperial Kollecində magistratura səviyyəsində "Nəqliyyat" ixtisası üzrə davam etdirəcəklər.
Qeyd edək ki, sözügedən ixtisas nəqliyyat sistemlərinin planlaşdırılması, idarə olunması və dayanıqlı inkişafı üzrə dünyanın aparıcı magistr proqramlarından biri hesab olunur və tələbələrə beynəlxalq səviyyədə peşəkar bilik və bacarıqlar qazandırır.
Məzunlarımızı təbrik edir, onlara gələcək təhsil və peşə fəaliyyətlərində uğurlar arzulayırıq!