Baş səhifə
Xəbərlər
Akademiya
Gömrük Akademiyasının Elmi Şurasının növbəti iclası keçirilib

Gömrük Akademiyasının Elmi Şurasının növbəti iclası keçirilib

Dövlət Gömrük Komitəsinin Akademiyasında (DGKA) Elmi Şuranın növbəti iclası keçirilib. İclasın gündəliyinə Akademiyanın elmi fəaliyyəti, 2025/2026-cı tədris ilinin yaz semestrinin imtahan sessiyasının nəticələri, müəllimlərin işə qəbulu meyarları və proseduru haqqında və digər cari məsələlər daxil edilib.

Akademiyanın rəisi, Elmi Şuranın sədri, gömrük xidməti general-mayoru Qulu Novruzov iştirakçıları salamlayaraq şura üzvlərini iclasın gündəliyinə daxil olan məsələlər barədə məlumatlandırıb.

İclasda Elmi işlər üzrə rəis müavini Cəmilə Namazova Akademiyanın yarımillik elmi fəaliyyəti haqqında hesabatla çıxış edərək elmi tədqiqatların nəticələri, həyata keçirilən layihələr və qarşıda duran vəzifələr barədə məlumat verib.

Monitorinq və qiymətləndirmə şöbəsinin rəisi Əbilxan İsayev yaz semestrinin imtahan sessiyasının nəticələri ilə bağlı çıxış edərək yekun göstəriciləri iclas iştirakçılarının diqqətinə çatdırıb.

Akademiyanın rəis müavini Anar Süleymanov müəllimlərin işə qəbulu meyarları və proseduru haqqında və Akademiyanın Tədris-metodiki işin təşkili şöbəsinin rəisi İslam Hüseynov 2026/2027-ci tədris ilinin payız semestri üçün dərs yükü haqqında çıxış edərək müvafiq istiqamətlər üzrə görüləcək tədbirlər və planlaşdırılan işlər barədə məlumat veriblər.

Təqdim edilən çıxışlardan sonra Elmi Şura üzvlərinin, müvafiq struktur rəhbərlərinin gündəlikdə duran məsələlər ətrafında fikirləri dinlənilib.

Sonda müzakirə olunan məsələlərlə bağlı qərarlar qəbul edilib, struktur rəhbərlərinə müvafiq tapşırıqlar verilib.