Baş səhifə
Xəbərlər
Akademiya
DGKA əməkdaşları və tələbələri “Heydər Əliyev: Halın tərcüməsi” sənədli filminin təqdimatında iştirak ediblər

DGKA əməkdaşları və tələbələri “Heydər Əliyev: Halın tərcüməsi” sənədli filminin təqdimatında iştirak ediblər

Dövlət Gömrük Komitəsinin Akademiyasının (DGKA) bir qrup əməkdaşı və tələbələri Heydər Əliyev Mərkəzində nümayiş olunan “Heydər Əliyev: Halın tərcüməsi” sənədli filminin təqdimat mərasimində iştirak ediblər.

Tədbirdə çıxış edən sənədli filmin müəllifi, “REAL TV”nin baş direktoru Mir Şahin Ağayev tarixin öyrənilməsinin və gələcək nəsillərə ötürülməsinin vacibliyini vurğulayıb. Bildirib ki, filmin əsas məqsədi gənc nəslin Ümummilli Lider Heydər Əliyevin dövlətçilik irsi, müstəqillik ideyası və Azərbaycanın inkişaf yolunu daha yaxından tanımasına töhfə verməkdir.

Təqdim olunan sənədli filmdə Heydər Əliyevin müxtəlif dövrlərə aid çıxışları, müsahibələri və nadir arxiv materialları əsasında Azərbaycanın müstəqillik və dövlət quruculuğu tarixi əks olunub.