Baş səhifə
Xəbərlər
Akademiya
DGKA-da Milli Qurtuluş Günü münasibətilə “Dövlətçilik” adlı tədbir keçirilib
DGKA-da Milli Qurtuluş Günü münasibətilə “Dövlətçilik” adlı tədbir keçirilib
Dövlət Gömrük Komitəsinin Akademiyasında (DGKA) 15 İyun – Milli Qurtuluş Günü münasibətilə “Dövlətçilik” adlı tədbir keçirilib. Sabunçu Rayon İcra Hakimiyyətinin ideoloji maarifləndirmə tədbirləri çərçivəsində təşkil olunan tədbirdə Akademiyanın əməkdaşları və tələbələri iştirak ediblər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən Akademiyanın rəis müavinləri Anar Süleymanov və prof. Cəmilə Namazova Milli Qurtuluş Gününün Azərbaycan dövlətçiliyinin inkişafındakı mühüm rolundan, Ümummilli Lider Heydər Əliyevin müstəqil dövlət quruculuğu və davamlı inkişaf strategiyasındakı xidmətlərindən bəhs ediblər.
Məruzəçi qismində çıxış edən Akademiyanın müəllimi, h.ü.f.d.,dos. Həbib Cəfərov isə Milli Qurtuluş Gününün tarixi-siyasi mahiyyəti, ölkənin inkişaf mərhələləri və Ulu Öndərin dövlətçilik konsepsiyasının müasir Azərbaycanda davamlı nəticələri barəsində danışıb.
Daha sonra Akademiyanın “Hüquqşünaslıq” ixtisasının IV kurs tələbəsi Əminə Əhmədova “Dövlətçilik: keçmişdən gələcəyə uzanan müqəddəs miras” mövzusunda çıxış edib.
Tədbir çərçivəsində 15 İyun – Milli Qurtuluş Gününün əhəmiyyətini əks etdirən videoçarx nümayiş olunub.