Baş səhifə
Xəbərlər
Akademiya
DGKA-nın nümayəndələri “IV Milli Kibertəhlükəsizlik Forumu”nda iştirak ediblər
DGKA-nın nümayəndələri “IV Milli Kibertəhlükəsizlik Forumu”nda iştirak ediblər
Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) təşkilatçılığı və Dövlət Təhlükəsizliyi Xidmətinin Milli Kibertəhlükəsizlik Mərkəzinin əsas tərəfdaşlığı ilə “IV Milli Kibertəhlükəsizlik Forumu” keçirilib.
Tədbirdə dövlət qurumlarının, beynəlxalq təşkilatların, özəl sektorun və ali təhsil müəssisələrinin nümayəndələri ilə yanaşı, Dövlət Gömrük Komitəsinin Akademiyasının (DGKA) rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov, Akademiyanın əməkdaşları Asif Qanbayev və Vüqar Qurbanov da iştirak ediblər.
Forum çərçivəsində kibertəhlükəsizlik ekosisteminin inkişafı, beynəlxalq əməkdaşlıq, rəqəmsal transformasiya, süni intellekt texnologiyalarının təhlükəsizliyə təsiri və müasir kibertəhlükəsizlik çağırışları ilə bağlı müzakirələr aparılıb.





