Baş səhifə
Xəbərlər
Akademiya
DGKA-nın rəis müavini beynəlxalq nəqliyyat və logistika forumunda iştirak edib

DGKA-nın rəis müavini beynəlxalq nəqliyyat və logistika forumunda iştirak edib

Dövlət Gömrük Komitəsinin Akademiyasının (DGKA) rəis müavini Anar Süleymanov Bakıda keçirilən II Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika Forumunda iştirak edib.

“TransLogistica Caspian 2026” sərgisi çərçivəsində təşkil olunan forum dövlət qurumlarının, beynəlxalq təşkilatların, logistika şirkətlərinin və sahə assosiasiyalarının nümayəndələrini bir araya gətirib.

Forum çərçivəsində nəqliyyat-logistika zəncirlərinin rəqəmsallaşdırılması, beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafı və regionun tranzit potensialının gücləndirilməsi məsələləri müzakirə olunub. Həmçinin Orta Dəhlizin və Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.