DGKA-da vergi sisteminin əsaslarına dair təlim keçirilib
Dövlət Gömrük Komitəsinin Akademiyasında (DGKA) “Vergi sisteminin əsasları. Vergitutmanın mahiyyəti” mövzusunda təlim təşkil olunub. “Elm və Təhsil Nazirliyi ilə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti arasında əməkdaşlıq çərçivəsində təhsilalan və təhsilverənlər arasında vergi mədəniyyəti və maliyyə savadlılığının artırılmasına dair 2026-cı il üzrə Tədbirlər Planı”na uyğun olaraq baş tutan təlim Dövlət Vergi Xidmətinin Tədris Mərkəzinin İqtisadiyyat və idarəetmənin tədrisi şöbəsinin baş müəllimi Turan Səfərov tərəfindən aparılıb.
Tədbirin açılışında çıxış edən Akademiyanın rəis müavini, professor Cəmilə Namazova vergi mədəniyyətinin formalaşdırılması və maliyyə savadlılığının artırılmasının əhəmiyyətini vurğulayıb.
Təlim zamanı iştirakçılara vergi sisteminin əsas prinsipləri, vergitutmanın mahiyyəti və bu sahədə aktual məsələlər barədə ətraflı məlumat verilib, onları maraqlandıran suallar cavablandırılıb.




