Baş səhifə
Xəbərlər
Akademiya
DGKA tələbəsi yazı müsabiqəsinin qalibi olub

DGKA tələbəsi yazı müsabiqəsinin qalibi olub

Dövlət Gömrük Komitəsinin Akademiyasının (DGKA) tələbəsi Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “Dahilər tarix yazır” mövzusunda keçirilən yazı müsabiqəsində uğurla iştirak edib.
Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Heydər Əliyev adına Hərbi İnstitutunda keçirilən müsabiqədə ümumilikdə 15-dən çox ali təhsil müəssisəsinin tələbə və kursantları iştirak ediblər.
Müsabiqədə Akademiyanın Hüquqşünaslıq ixtisasının IV kurs tələbəsi Əminə Əhmədova yüksək nəticə göstərərək II yerə layiq görülüb.
Mükafatlandırma mərasimində qaliblər sertifikat və hədiyyələrlə təltif olunublar.