Baş səhifə
Xəbərlər
Akademiya
DGKA-da “Maliyyə savadlılığı” layihəsi çərçivəsində sığorta təlimi keçirilib

DGKA-da “Maliyyə savadlılığı” layihəsi çərçivəsində sığorta təlimi keçirilib

Dövlət Gömrük Komitəsinin Akademiyasında (DGKA) "Maliyyə savadlılığı" layihəsi çərçivəsində maarifləndirici seminar təşkil olunub. Seminar sığorta bazarında zəngin təcrübəyə malik "Qala Sığorta" ASC-nin mütəxəssisləri – Anderraytinq və təkrar sığorta departamentinin anderrayteri İlahə Ümidli, Satış departamenti rəhbərinin müavini Cəmilə İbrahimova və Korporativ satış şöbəsinin rəhbəri İlkin Nəcəfov tərəfindən keçirilib.
Tələbələrin sığorta sahəsində biliklərinin artırılması məqsədilə təşkil olunan təlimdə sığorta paketləri, risk-sığorta anlayışları, öhdəliklərin tənzimlənməsi, sığorta hadisələri zamanı hüquqi proseslər və real keyslər izah edilib.
Sonda tələbələrin mövzu ilə bağlı sualları ətraflı cavablandırılıb, həmçinin sual-cavab mərhələsində fəal iştirak edərək doğru cavab verən tələbələrə şirkətin xüsusi hədiyyələri təqdim olunub.