Baş səhifə
Xəbərlər
Akademiya
DGKA-da süni intellekt və gələcək nəsil gömrük mütəxəssisləri mövzusunda master-klas keçirilib

DGKA-da süni intellekt və gələcək nəsil gömrük mütəxəssisləri mövzusunda master-klas keçirilib

Dövlət Gömrük Komitəsinin Akademiyasında (DGKA) “Süni intellekt gələcək nəsil gömrük mütəxəssislərini necə dəstəkləyə bilər?” mövzusunda master-klas təşkil olunub. Tədbir 12 illik təcrübəyə malik beynəlxalq ekspert, Marketinq&kommunikasiyalar üzrə rəhbər, “B.EST Solutions” şirkətində beynəlxalq mentor, spiker Səyyarə Hüseynova tərəfindən keçirilib.
Akademiyanın rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov tədbirdə çıxış edərək süni intellektin gömrük sahəsində tətbiqinin gələcək mütəxəssislər üçün strateji əhəmiyyətini qeyd edib. O, innovasiyaların mənimsənilməsinin müasir təhsil prosesindəki əvəzsiz rolunu vurğulayaraq, bu növ tədbirlərin tələbələrin peşəkar inkişafına böyük töhfə verdiyini bildirib.
Spiker Səyyarə Hüseynova süni intellektin məlumat analizi, avtomatlaşdırma, proqnozlaşdırma və yaradıcılıq kimi 4 əsas “superqüvvəsi” barədə danışaraq, onların gömrük sahəsində tətbiq imkanları haqqında məlumat verib. HS kodlarının təyinində AI istifadəsi, düzgün prompt yazma qaydaları, eləcə də süni intellektin etik istifadəsi və məhdudiyyətləri praktiki nümunələrlə izah edilib.
Sonda tələbələrin mövzu ilə bağlı sualları cavablandırılıb.