Baş səhifə
Xəbərlər
Akademiya
DGKA tələbələri “İdeyalar yaşayır” adlı tədbirdə iştirak ediblər

DGKA tələbələri “İdeyalar yaşayır” adlı tədbirdə iştirak ediblər

Dövlət Gömrük Komitəsinin Akademiyasının (DGKA) tələbələri Suraxanı rayon Heydər Əliyev Mərkəzi və 36 nömrəli Uşaq Musiqi Məktəbinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “İdeyalar yaşayır” adlı tədbirdə iştirak ediblər.
Tədbir çərçivəsində iştirakçılara Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyəti barədə ətraflı məlumat verilib. Çıxış edənlər Heydər Əliyev irsinin müasir Azərbaycan dövlətçiliyinin əsasını təşkil etdiyini, ölkənin müstəqillik və inkişaf strategiyasında mühüm rol oynadığını vurğulayıblar.
Tədbirin bədii hissəsində Ulu Öndərin sevdiyi mahnılar səsləndirilib, sonda isə iştirakçılar Heydər Əliyevin zəngin irsini əks etdirən ekspozisiya ilə tanış olublar.