DGKA hüquq olimpiadasında respublika ikincisi olub
Dövlət Gömrük Komitəsinin Akademiyasının (DGKA) tələbələrindən ibarət komanda Azərbaycanda hüquq təhsili verən 9 ali təhsil müəssisəsinin tələbələri arasında keçirilən Respublika Hüquq Olimpiadasında daha bir uğurlu nəticə əldə edərək II yerə layiq görülüb.
Azərbaycan Respublikasının Baş Prokurorluğunun dəstəyi və Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilmiş III Respublika Hüquq Olimpiadası keçirilib.
Yarışın yekun nəticələrinə əsasən Dövlət Gömrük Komitəsinin Akademiyasını təmsil edən komanda əzmkarlıq və bilik nümayiş etdirərək yüksək nəticə ilə ikinci yerə layiq görülüb.
Sonda qaliblər diplomlarla təltif olunublar.
Xatırladaq ki, DGKA tələbələrindən ibarət komanda qısa müddət əvvəl Azərbaycanda hüquq təhsili verən ali təhsil müəssisələrinin tələbələri arasında keçirilən 2026 Topçubaşov Məhkəmə Müsabiqəsində də uğurlu çıxış edərək qalib olmuşdur



