DGKA-da kibertəhlükəsizlik üzrə praktik təlim keçirilib
Dövlət Gömrük Komitəsinin Akademiyasında (DGKA) TGT-nin CyberClub, Millisec və Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası (AKTA)-nın birgə əməkdaşlığı çərçivəsində kibertəhlükəsizlik sahəsinə həsr olunmuş praktik təlim təşkil olunub. Təlim Millisec kibertəhlükəsizlik şirkətinin direktoru Zaur Qasımov və Blue Team Instructor Fəxrim Səfərov tərəfindın təşkil olunub.
Təlimdə açılış nitqi ilə çıxış edən Akademiyanın rəis müavini Anar Süleymanov kibertəhlükəsizliyin müasir dövrdə artan əhəmiyyətindən bəhs edərək bu sahədə bilik və praktiki bacarıqların formalaşdırılmasının vacibliyini vurğulayıb. O, həmçinin bu cür əməkdaşlıqların gənclərin peşəkar inkişafına və gələcək kadr potensialının gücləndirilməsinə mühüm töhfə verdiyini qeyd edib.
Təlim çərçivəsində iştirakçılara Red Team və Blue Team yanaşmaları real nümunələr əsasında izah olunub, həm hücum, həm də müdafiə strategiyaları praktiki şəkildə nümayiş etdirilib. Sessiya zamanı kibertəhlükəsizlik sahəsində tətbiq olunan müasir metodlar, zəifliklərin aşkarlanması və müdafiə mexanizmləri barədə geniş məlumat verilib.Təlimçilər iştirakçılarla real ssenarilər üzərindən praktiki bilik və təcrübələrini bölüşüblər.
Sonda tələbələrin suallar cavablandırılıb və interaktiv müzakirələr aparılıb.








