Baş səhifə
Xəbərlər
Akademiya
DGKA-nın əməkdaşı və tələbələri Heydər Əliyevin 103-cü ildönümünə həsr olunmuş tədbirdə iştirak ediblər
DGKA-nın əməkdaşı və tələbələri Heydər Əliyevin 103-cü ildönümünə həsr olunmuş tədbirdə iştirak ediblər
Polis Akademiyasında “Heydər Əliyev və dövlətçilik ənənələri: gənclərin milli-mənəvi dəyərlər və vətənpərvərlik ruhunda formalaşması” mövzusunda dəyirmi masa keçirilib. Digər ali təhsil müəssisələrinin müəllim və tələbələrinin iştirakı ilə keçirilən tədbirdə Dövlət Gömrük Komitəsinin Akademiyasının (DGKA) Əlavə təhsil şöbəsinin baş mütəxəssisi Yavər Məmmədova və Akademiyanın tələbələri də iştirak ediblər.
Polis Akademiyasının rəisinin birinci müavini, polis polkovniki, h.ü.f.d. Vüqar Mansurov tədbiri açıq elan edərək qonaqları salamlayıb və dəyirmi masanın işinə uğurlar arzulayıb.
Çıxışlarda Ümummilli Liderin gənclər siyasətinin Azərbaycan gəncliyinin formalaşmasındakı rolu vurğulanıb.
Sonda müzakirələr aparılıb və suallar cavablandırılıb.



