DGKA Tələbə Elmi Cəmiyyəti Hərbi Elmi Konfransda iştirak edib
Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Heydər Əliyev adına Hərbi İnstitutda “Kursant Hərbi Elmi Cəmiyyətinin 21-ci Konfransı” keçirilib.
Tədbirdə digər iştirakçılarla yanaşı DGKA Tələbə Elmi Cəmiyyətinin üzvləri də fəal iştirak edərək iqtisadiyyat, logistika, hüquq və informasiya texnologiyaları sahələrində aktual mövzular üzrə elmi çıxışlar edib, öz tədqiqat və təqdimat bacarıqlarını nümayiş etdiriblər.
Konfrans çərçivəsində hərbi təhsil sahəsində elmi-tədqiqat fəaliyyətinin əhəmiyyəti vurğulanıb, kursantların analitik düşüncə və innovativ yanaşma bacarıqlarının inkişafının prioritet istiqamətlərdən biri olduğu qeyd olunub.
Tədbirin sonunda fərqlənən iştirakçılara fəxri fərman və sertifikatlar təqdim olunub, qonaqlar üçün institutun ərazisində yerləşən muzey və ideoloji mərkəzə ziyarət təşkil edilib.




