DGKA-da “Metro Hackathon” layihəsi çərçivəsində infosessiya keçirilib
Dövlət Gömrük Komitəsinin Akademiyasında (DGKA) Bakı Metropoliteni QSC tərəfindən təşkil olunan “Metro Hackathon” layihəsi çərçivəsində infosessiya keçirilib.
Tədbirdə Bakı Metropoliteni QSC-nin İstedadların idarə edilməsi şöbəsinin aparıcı mütəxəssisi Eldar Əlizadə və Texnologiya Data və Analitika Departamentinin rəis müavini Vüsal Əlizadə tələbələrə layihənin məqsədləri, texnoloji istiqamətləri və təqdim etdiyi imkanlar barədə məlumat veriblər.
Sessiyada süni intellekt, data analitikası və nəqliyyat texnologiyalarının metro sistemində tətbiqi perspektivləri izah olunub. Qeyd edilib ki, layihənin əsas məqsədi sərnişin axınının daha səmərəli idarə olunması, sıxlığın azaldılması və xidmət keyfiyyətinin artırılmasıdır.
İştirakçıların real məlumat bazası üzərində işləyərək praktiki təcrübə qazanacağı, həmçinin mentor dəstəyi və layihələrin pilot tətbiqi imkanları barədə də məlumat verilib.
Sonda tələbələrin sualları ətraflı şəkildə cavablandırılıb.




