Baş səhifə
Xəbərlər
Akademiya
Gömrük əməkdaşları üçün ilkin peşə hazırlığı təlimləri davam edir

Gömrük əməkdaşları üçün ilkin peşə hazırlığı təlimləri davam edir

Dövlət Gömrük Komitəsinin Akademiyasında (DGKA) gömrük xidməti əməkdaşları üçün təşkil olunan ilkin peşə hazırlığı təlimlərinin növbəti qrupu ilə görüş keçirilib. Görüşdə Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov, Dövlət Gömrük Komitəsinin İnsan Resursları İdarəsinin rəisi Vüqar Əsgərov, Akademiyanın əməkdaşları və təlimlərə cəlb olunan gömrük əməkdaşları iştirak ediblər.

Akademiyanın rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov çıxışında proqramın məqsədi və məzmunu barədə qısa məlumat verərək bildirib ki, təlimlər müasir tələblərə uyğun hazırlanıb və iştirakçıların bilik və bacarıqlarının inkişafına xidmət edir. O, gömrük sahəsində aparılan yeniliklərin əməkdaşlardan daha yüksək peşəkarlıq tələb etdiyini vurğulayıb.

DGK-nın idarə rəisi Vüqar Əsgərov isə çıxışında iştirakçılara uğurlar arzulayıb, təlim müddətində əldə olunacaq biliklərin praktiki fəaliyyətdə mühüm rol oynayacağını qeyd edib.

Qeyd edək ki, təlimlər aprel ayının 1-dən may ayının 1-nə kimi davam edəcək.