Baş səhifə
Xəbərlər
Akademiya
Maya dəyərindən mənfəətə: mikroiqtisadi qərarlar mövzusunda master-klass keçirilib

Maya dəyərindən mənfəətə: mikroiqtisadi qərarlar mövzusunda master-klass keçirilib

Dövlət Gömrük Komitəsinin Akademiyasında (DGKA) tələbələr üçün “Maya dəyərindən mənfəətə: Firmada mikroiqtisadi qərar mexanizmi” mövzusunda master-klass keçirilib.
Tədbirdə giriş nitqi ilə çıxış edən “Gömrük işi və idarəetmə” kafedrasının müdiri, i.ü.f.d., dosent Elvin Əlirzayev mikroiqtisadi qərar mexanizminin firmaların fəaliyyətində rolundan və tələbələrin bu bilikləri praktikada tətbiq etməsinin önəmindən danışıb.
Daha sonra “Səhliyalı” şirkətinin təmsilçisi, şöbə müdiri Ülvi Məmmədov firmalarda qərar qəbuletmə prosesinin real praktik aspektlərini iştirakçılarla paylaşaraq, maya dəyəri, xərclərin optimallaşdırılması və mənfəətin artırılması strategiyalarını izah edib. O, həmçinin müxtəlif biznes nümunələri üzərində misallar gətirərək, nəzəri biliklərin praktikada necə tətbiq olunduğunu göstərib.
Sonda tələbələri maraqlandıran suallar təlimçi tərəfindən ətraflı cavablandırılıb.