“Femida Könüllüləri” Təşkilatı ilə görüş keçirilib
“Femida Könüllüləri” Təşkilatı tərəfindən Dövlət Gömrük Komitəsinin Akademiyasının tələbələri ilə görüş keçirilib.
Görüş zamanı tələbələrə “Femida Könüllüləri” Təşkilatının əsas fəaliyyət istiqamətləri, təşkilat daxilində mövcud olan müxtəlif modullar üzrə könüllülük imkanları, həmin modullar çərçivəsində həyata keçirilən tədbir və layihələr, eləcə də il ərzində reallaşdırılması planlaşdırılan təşəbbüslər barədə ətraflı məlumat verilib. Eyni zamanda, tələbələr könüllülük fəaliyyətinə qoşulmaq üçün prosedurlar, layihələrdə iştirakın üstünlükləri və şəxsi inkişaf imkanları barədə də məlumatlandırılıblar.
Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.




