İnsan alverinə qarşı mübarizə ilə bağlı təlim keçirilib
Dövlət Gömrük Komitəsinin Akademiyasında (DGKA) Dövlət Gömrük Komitəsi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi və “Təmiz dünya” Qadınlara Yardım İctimai Birliyinin təşkilatçılığı ilə “Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizə sahəsində qurbanların hüquqlarının müdafiəsi, müxtəlif xidmətlər göstərməyə məcbur edilmə və insanların istismar edilməsinin digər formaları, insan alverinin gender xüsusiyyətləri, uşaqlara xas aspektləri, cinsi istismara və ya zorakılığa cəlb olunması ilə bağlı, həmçinin effektiv sərhəd nəzarəti tədbirləri vasitəsilə insan alverinin müxtəlif formalarının, təqsirli və zərərçəkmiş şəxslərin müəyyən edilməsi, bu sahədə preventiv hazırlığın gücləndirilməsi” mövzusunda təlim keçirilib.
Sosial Xidmətlər Agentliyinin İnsan alveri qurbanlarına yardım mərkəzinin direktoru Həbibə Qəribova, İctimai Birliyin sədri Mehriban Zeynalova və Akademiyanın Əlavə təhsil şöbəsinin baş mütəxəssisi Yavər Məmmədova tərəfindən keçirilən təlimdə DGK-nın Əməliyyat İstintaq Baş İdarəsinin baş əməliyyat müvəkkili Elməddin Allahverdiyev, Sosial Xidmətlər Agentliyinin əməkdaşı Fərid İsmayılov, DGK-nın ərazi və ixtisaslaşmış struktur bölmələrinin nümayəndələri eləcə də Akademiyanın tələbələri iştirak ediblər.
Açılış nitqi ilə çıxış edən Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov insan alverinə qarşı mübarizənin əhəmiyyətindən, bu istiqamətdə olkəmizdə görülən işlərdən bəhs edərək mövzu üzrə gömrük əməkdaşlarının maarifləndirilməsinin önəmini xüsusilə qeyd edib.
Təlimdə insan alverinin problemlərinin mahiyyəti, formaları, müasir təhlükəsizlik anlayışı, qurbanların hüquqlarının müdafiəsi, istismar və cinsi zorakılıq halları, eləcə də bu cinayətlərin aşkarlanması və qarşısının alınması barədə ətraflı məlumat verilib.
Daha sonra iştirakçıları maraqlandıran suallar cavablandırılıb, sertifikatlar təqdim edili















