Baş səhifə
Xəbərlər
Akademiya
DGKA rəisi qədim tariximizə dair nəşrin təqdimatında iştirak edib

DGKA rəisi qədim tariximizə dair nəşrin təqdimatında iştirak edib

Bakı Konqres Mərkəzində Azərbaycan Respublikasının görkəmli ictimai-siyasi və dövlət xadimi, diplomat, tarixçi-alim, tarix elmləri doktoru Həsən Həsənovun müəllifi olduğu “Atropatena/Adorbayqan adlı dövlətin yaranması” kitabının Azərbaycan Respublikasının Gənclər Fondu tərəfindən təqdimat mərasimi təşkil edilib.
Tədbirdə digər qonaqlarla yanaşı Dövlət Gömrük Komitəsinin Akademiyasının (DGKA) rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov da çıxış edərək kitabın Azərbaycanın qədim dövlətçilik tarixinin araşdırılması və bu biliklərin gənc nəslə çatdırılması baxımından mühüm elmi əhəmiyyət daşıdığını bildirib.
Nəşrdə Atropatena dövlətinin yaranmasından əvvəl baş verən siyasi və tarixi hadisələr, ölkənin mənşəyi, sərhədlərinin müəyyənləşdirilməsi, eləcə də dövlətin formalaşmasından sonrakı proseslər qədim mənbələrə və tarixi faktlara istinad edilərək oxuculara təqdim olunub.