Baş səhifə
Xəbərlər
Akademiya
DGKA-nın əməkdaşı Mülki Müdafiə Gününə həsr olunmuş beynəlxalq konfransda çıxış edib

DGKA-nın əməkdaşı Mülki Müdafiə Gününə həsr olunmuş beynəlxalq konfransda çıxış edib

Fövqəladə Hallar Nazirliyinin Akademiyasında Hərbi kafedranın təşkilatçılığı ilə 1 Mart – Ümumdünya Mülki Müdafiə Gününə həsr olunmuş “Müasir şəraitdə mülki müdafiə: problemlər və perspektivlər” mövzusunda V beynəlxalq konfrans keçirilib. Tədbirdə respublikamızın və xarici dövlətlərin ali və xüsusi təyinatlı təhsil müəssisələrinin professor-müəllim heyəti, təşkilat komitəsinin üzvləri ilə yanaşı Dövlət Gömrük Komitəsinin Akademiyasının (DGKA) Təsərrüfat və texniki xidmət şöbəsinin rəisi Rahim Babayev də iştirak edib.
Konfransı FHN Akademiyasının rəisinin birinci müavini, polkovnik Fuad Mehbaliyev açıq elan edərək iştirakçıları salamlayıb və tədbirin işinə uğurlar arzulayıb.
Digər məruzəçilərlə yanaşı seminarda Akademiyanın şöbə rəisi Rahim Babayev "Mövcud sığınacaqların vəziiyyəti, problemlər və onların təkmilləşdirilməsi, habelə tədrisdə mülki müdafiə üzrə praktik təlimlərin və məşğələlərin keçirilməsinin zəruriliyi" mövzusunda məruzə ilə çıxış edib.
Tədbir çərçivəsində müasir dövrdə mülki müdafiə sahəsində mövcud problemlər, çağırışlar və perspektiv inkişaf istiqamətləri müzakirə olunub.
Tədbirin sonunda seminar iştirakçılarına sertifikatlar təqdim olunub.