Vətən müharibəsi şəhidi Həsənağa Abdullazadənin xatirəsi anılıb
44 günlük Vətən Müharibəsində şəhidlik zirvəsinə ucalan qəhrəman oğullarımızdan biri Abdullazadə Həsənağa Şakir oğlunun doğum günündə xatirəsi anılıb. Dövlət Gömrük Komitəsinin Akademiyasının (DGKA) bir qrup əməkdaşı və tələbəsi II Fəxri Xiyabanda şəhidin məzarını ziyarət edərək önünə gül dəstələri düzüb, ruhuna dualar oxuyub, əziz xatirəsini dərin ehtiramla yad ediblər.
Əməkdaşlar Akademiyanın rəhbərliyi və kollektivi adından şəhidin ailəsinə dərin hüznlə başsağlığı verərək, Vətən uğrunda canından keçən bütün şəhidlərin Azərbaycan tarixində əbədi yaşayacağını bildiriblər.
Allah rəhmət eləsin!
Şəhidlər ölməz, Vətən bölünməz!




