Baş səhifə
Xəbərlər
Akademiya
DGKA nümayəndələri Beynəlxalq Hüquq Forumunda iştirak ediblər

DGKA nümayəndələri Beynəlxalq Hüquq Forumunda iştirak ediblər

PAŞA Holding-in təşkilatçılığı ilə Bakıda “LEGIS Hüquq Forum”u keçirilib. Forumda digər rəsmi şəxlərlə yanaşı Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov, Akademiyanın əməkdaşı Yavər Məmmədova və “Hüquqşünaslıq” ixtisasının bir qrup tələbə və məzunları iştirak edib.
Forumun məqsədi hüquq mütəxəssisləri üçün bilik mübadiləsi aparmaq, qanunvericilik islahatlarını müzakirə etmək və mövcud hüquqi boşluqları dəyərləndirmək üçün dinamik bir platforma yaratmaq olub.
Tədbirin açılış mərasimində bir sıra yüksək vəzifəli dövlət və özəl sektor nümayəndələri çıxış edib.
Forum çərçivəsində hüquq sahəsinin aktual mövzuları üzrə yerli və xarici rəsmilərin iştirakı ilə çıxışlar və panel müzakirələri təşkil olunub.