Baş səhifə
Xəbərlər
Akademiya
“Dəniz daşımaları və liman əməliyyatları” mövzusunda master-klas keçirilib

“Dəniz daşımaları və liman əməliyyatları” mövzusunda master-klas keçirilib

Dövlət Gömrük Komitəsinin Akademiyasında (DGKA) TGT-nin "Eco-Btl" klubunun təşkilatçılığı ilə tələbələr üçün “Dəniz daşımaları və liman əməliyyatları” mövzusunda master-klas keçirilib.
Tədbirdə təlimçi ABADA təşkilatının eksperti, dosent Nicat Kərimov dəniz nəqliyyatının daşımalarda tarixi və indiki mövqeyindən, pandemiya və digər böhranların dəniz nəqliyyatına təsirlərindən danışıb. O, həmçinin limanların quruluşu, yükötürmə qabiliyyəti, liman xidmətləri və tariflərdən ətraflı bəhs edib. N. Kərimov dəniz nəqliyyatında istifadə olunan sənədləri təhlil edərək, son illərdə bu nəqliyyat növünə artan tələbi də vurğulayıb.
Sonda tələbələrin sualları ətraflı cavablandırılıb.