Hədəf liseyinin şagirdləri DGKA ilə tanış olublar
Dövlət Gömrük Komitəsinin Akademiyasında (DGKA) Hədəf liseyinin yuxarı sinif şagirdləri ilə görüş keçirilib.
Görüş iştirakçılarını salamlayan Akademiyanın rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov Akademiyanın fəaliyyəti haqqında ətraflı məlumat verərək Dövlət Gömrük Komitəsinin rəhbərliyinin diqqət və qayğısı sayəsində burada tələbələr üçün yaradılan şəraitdən bəhs edib.
Daha sonra Tədris-metodiki işin təşkili şöbəsinin rəisi İslam Hüseynov Akademiyanın fəaliyyəti, tədris və qiymətləndirmə prosesi, nailiyyətləri, xarici ali təhsil müəssisələri və gömrük təlimi strukturları, digər beynəlxalq qurumlarla əlaqələr və layihələr haqqında təqdimatla çıxış edib.
Tədbirdə iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Sonda abituriyentlər Akademiyada yaradılan şərait və infrastrukturla yaxından tanış olublar.





