Baş səhifə
Xəbərlər
Akademiya
Tələbələrimiz “Coders Azerbaijan”ın proqramından məzun olublar

Tələbələrimiz “Coders Azerbaijan”ın proqramından məzun olublar

Dövlət Gömrük Komitəsinin Akademiyasının (DGKA) tələbələri “Coders Azerbaijan”ın “Süni intellektlə müasir proqramlaşdırma” tədris proqramından məzun olublar. Bu münasibətlə DGKA-nın tərəfdaşı olan “Coders Azerbaijan”ın “təşkilatçılığı ilə keçirilən məzuniyyət tədbirində digər iştirakçılarla yanaşı Akademiyanın İKT-nin tətbiqi şöbəsinin baş mütəxəssisi Vüqar Qurbanov və proqramdan məzun olan Akademiyanın tələbələri -“İnformasiya texnologiyaları” ixtisasının II kurs tələbəsi Ceyran Quliyeva və “İnformasiya təhlükəsizliyi” ixtisasının III kurs tələbəsi Cahangir Əliyev iştirak ediblər.
Proqram çərçivəsində tələbələr müasir proqramlaşdırma yanaşmaları, süni intellekt alətləri ilə kodlaşdırma prosesləri və veb layihə hazırlama üzrə praktiki bacarıqlar əldə ediblər. Məzun günündə tələbələr hazırladıqları veb saytları təqdim edərək öyrəndikləri nəzəri bilikləri real layihələrdə tətbiq etdiklərini nümayiş etdiriblər. Təqdimatlar zamanı tələbəmiz Ceyran Quliyeva layihəsi ilə qalib olub.
Sonda Coders Azerbaijan rəhbərliyi tərəfindən tələbələrə sertifikatlar təqdim olunub.