Baş səhifə
Xəbərlər
Akademiya
Ölkəmizdə səfərdə olan Litva Respublikasının Mikolas Romeris Universitetinin (MRU) nümayəndələri ilə görüş keçirilib
Ölkəmizdə səfərdə olan Litva Respublikasının Mikolas Romeris Universitetinin (MRU) nümayəndələri ilə görüş keçirilib
Dövlət Gömrük Komitəsinin Akademiyasında (DGKA) Akademiyanın tərəfdaşı Litva Respublikasının Mikolas Romeris Universitetinin (MRU) Azərbaycanda səfərdə olan nümayəndələri ilə görüş keçirilib.
Hər iki tərəfin nümayəndə heyətinin iştirakı ilə keçirilən görüşdə Akademiyanın rəis müavini Cəmilə Namazova qonaqları salamlayaraq DGKA ilə MRU arasında qurulan səmərəli əməkdaşlığın nəticələrindən bəsh edib.
Universitetin Beynəlxalq əlaqələr və beynəlxalq proqramlar üzrə dekan müavini, dos., h.ü.f.d. Jolanta Apoleviç və Universitetin Xüsusi Hüquq İnstitutunun direktoru, hüquq üzrə doktorantura komitəsinin sədri, birgə magistr proqramlarının direktoru Virginijus Bite DGKA ilə əməkdaşlıqdan məmnun olduqlarını bildirərək, bu əməkdaşlığın gələcəkdə daha geniş miqyasda davam etdirilməsinin vacibliyini vurğulayıblar.
Daha sonra Universitetin fəaliyyəti və beynəlxalq əməkdaşlıq imkanları barədə təqdimat nümayiş olunub.
Görüş zamanı hər iki ali təhsil müəssisəsi arasında mövcud əməkdaşlıq vəziyyəti nəzərdən keçirilib, Avropa və Beynəlxalq Biznes Hüququ” üzrə MRU–DGKA İkili Magistr Dərəcəsi Proqramının icrası və gələcək əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, DGKA ilə MRU arasında əməkdaşlıq 2020-ci ildə imzalanmış əməkdaşlıq memorandumu əsasında qurulub və bu müddət ərzində bir sıra uğurlu layihələr həyata keçirilib. 2023-cü ildə “Avropa və Beynəlxalq Biznes Hüququ” üzrə ikili magistr dərəcəsi proqramı hazırlanaraq tərəflər arasında rəsmi şəkildə imzalanıb. Son illərdə isə Akademiyanın bir sıra bakalavr tələbələri Litva Dövlət Təqaüdü hesabına MRU-da bir semestrlik təhsil imkanı əldə ediblər.



